AZ

İsrailli nazir Rusiya nümayəndəsini ələ salıb “Özümü gülməkdən saxlamalı oldum”

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Rusiya diplomatiyası xüsusilə Ukraynaya qarşı işğalçılıq müharibəsinə başlayandan sonra tez-tez acınacaqlı mənzərə ilə üzləşir.

“AzPolitika” xəbər verir ki, BMT Təhlükəsizlik Şurasında müzakirələr zamanı İsrailin xarici işlər naziri Gideon Saar Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzyanın açıqlamasını lağa qoyub. Nebenzya, digər məsələlərlə yanaşı, deyib ki, Rusiya 19 fevralda Vaşinqtonda keçirilməsi planlaşdırılan "Sülh Şurası"nın ilk iclasının həm Qəzza zolağında, həm də İordan çayının Qərb sahilində "gərginliyin azaldılması üçün açıq çağırışları" təcəssüm etdirəcəyini gözləyir.

Özü işğalla, dinc əhaliyə qarşı açıq soyqırım xarakterli addımlarla ad çıxarmış Rusiyanın onunla eyni mahiyyətə malik İsraili qınaması təəccüb doğurur.

İsrail XİN başçısı da bu konteksdən çıxış edərək, Rusiya nümayəndəsini ələ salıb: "Rusiya Federasiyası nümayəndəsinin hüquq, beynəlxalq hüquq, işğal, ərazilərin ilhaqı və münaqişələrin sülh yolu ilə həlli barədə danışmasını eşitmək əyləncəli idi. Onun çıxışı zamanı özümü ucadan gülməkdən saxlamalı oldum".

Necə deyərlər,  "kor kora kor deməsə, bağrı çatlar"

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
azpolitika.info

1Mənbələr