AZ

Suriya Prezidenti əfv fərmanı imzaladı - Ömürlük həbs 20 ilə endiriləcək

Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şara Ramazan ayının başlaması münasibətilə ümumi əfv fərmanı imzalayıb. 

Missiya.Az xəbər verir ki, fərmana əsasən, ömürlük həbs 20 ilə endiriləcək, müvəqqəti həbs cəzalarının yarısı ləğv olunacaq, kiçik cinayətlərə görə cəzalar isə tamamilə aradan qaldırılacaq.

Silah və sursat saxlamaqda məhkum olunmuş şəxslər üçün xüsusi şərt müəyyən edilib: 3 ay ərzində silahlarını təhvil verənlərin bütün cəzaları əfv olunacaq. 

Yaşlı və ağır xəstə məhbuslar üçün də istisnalar nəzərdə tutulub. Tibbi müayinədən sonra risk daşıyan şəxslər də əfvdən yararlana biləcək.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
39
missiya.az

1Mənbələr