AZ

Dövlətlərarası münasibətlərin möhkəmlənməsində iqtisadi əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir ŞƏRH

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 19 fevral, AZƏRTAC

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu davamlı olaraq yüksəlir. Bu gün ölkəmizlə sıx və qarşılıqlı faydalı münasibətlərə malik dövlətlərin sayı əhəmiyyətli dərəcədə artıb. Xüsusilə diqqət çəkən məqam Azərbaycanın ətrafında etibarlı dost və tərəfdaş ölkələr çevrəsinin genişlənməsidir. Bu isə ilk növbədə, dövlətimizin başçısına beynəlxalq səviyyədə göstərilən hörmətin və etimadın göstəricisidir. Azərbaycanla yaxın dost olan ölkələrdən biri də Serbiyadır. Fevralın 15-də Belqradda təşkil olunan rəsmi qarşılanma mərasimi Azərbaycan–Serbiya əlaqələrinin yüksək səviyyəsini aydın şəkildə nümayiş etdirdi. Dövlətimizin başçısının və birinci xanım Mehriban Əliyevanın hava limanında Serbiya Prezidenti Aleksandar Vuçiç tərəfindən şəxsən qarşılanması qarşılıqlı etimadın vacib göstəricidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri, siyasi şərhçi Cəsarət Hüseynzadə deyib.

Azərbaycan ilə Serbiya arasında qarşılıqlı etimadın 2008-ci ildən etibarən formalaşmağa başladığını xatırladan QHT sədri əlavə edib: “Bu etimadın əsası tərəflərin ərazi bütövlüyü məsələsində bir-birinə ardıcıl və prinsipial diplomatik dəstək göstərməsi ilə qoyulub. Dövlətlərarası münasibətlərin artan xətt üzrə inkişafı və möhkəmlənməsi üçün siyasi dialoqla yanaşı, iqtisadi əməkdaşlığın genişləndirilməsi də mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan son səfər zamanı Belqradda Azərbaycan Prezidenti İlham Əliyevin və Serbiya Prezidenti Aleksandar Vuçiçin iştirakı ilə bir sıra mühüm sənədlərin mübadiləsi həyata keçirilib. Bu sənədlər iki ölkə arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu açıq şəkildə nümayiş etdirir. Qeyd edək ki, ötən illərdə iki dövlət arasında 57 sənəd imzalanıb. İqtisadi sahədə əməkdaşlıq xüsusilə diqqətəlayiqdir. Serbiyada avtomobil magistralının tikintisi Azərbaycan tərəfinin maliyyə dəstəyi və krediti hesabına reallaşdırılıb. Bundan əlavə, Azərbaycan bir müddət əvvəl Serbiyaya təbii qaz ixracına başlayıb və ixrac həcminin artırılması barədə qərar qəbul olunub. Ümumilikdə enerji, hərbi əməkdaşlıq, kənd təsərrüfatı, turizm və digər sahələr üzrə möhkəm tərəfdaşlıq formalaşıb və yaxın perspektivdə yeni birgə layihələrin icrası gözlənilir”.

Serbiya bazarının Azərbaycan üçün də strateji əhəmiyyət daşıdığını diqqətə çatdıran Cəsarət Hüseynzadə deyib: “Bu ölkə Avropa məkanında yerləşir. Azərbaycanın enerji resursları və investisiya imkanları Serbiyanın iqtisadi inkişafına töhfə verirsə, eyni zamanda, bu ölkə üzərindən Avropa bazarlarına çıxış imkanlarının genişlənməsi ölkəmiz üçün əlavə perspektivlər yaradır. Əlaqələrin inkişafını şərtləndirən əsas amillərdən biri də yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşməsidir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
77
1
azertag.az

2Mənbələr