AZ

Koreyanın sabiq prezidenti ömürlük həbs cəzası aldı

Bakı. Trend:

Cənubi Koreya məhkəməsi sabiq prezident Yun Sok Yolun ölkədəqiyama rəhbərlik etməkdə təqsirlİ BİLİB.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

65 yaşlı siyasətçi 2024-cü ilin dekabrında ölkədə hərbi rejimtətbiq etmək cəhdi ilə əlaqədar ömürlük azadlıqdan məhrumedilib.

Yun Sok Yolun əmri cəmi altı saat qüvvədə qalsa da, ölkənisarsıdıb – hökumətin fəaliyyətinin qalan hissəsini iflic edib vəpartiyasının növbəti seçkilərdə məğlubiyyətinə səbəb olub.

Yunla birlikdə ittiham olunan digər şəxslərə də hökmləraçıqlanıb:

  • Yunun administrasiyasında sabiq müdafiə naziri Kim Yonq-Hyon 30il müddətinə azadlıqdan məhrum edilib.
  • Keçmiş kəşfiyyat komandanı Roh Sanq-Von 18 il həbs cəzasınaməhkum edilib.
  • Sabiq polis rəisi Ço Ci-Ho 12 il həbs cəzası alıb.
  • Seul Polis İdarəsinin keçmiş rəisi Kim Bonq-Sik 10 il müddətinəazadlıqdan məhrum edilib.
  • Milli Assambleyanın polis mühafizə xidmətinin sabiq rəhbəri MokHyon-Te 3 il həbs cəzasına məhkum edilib.

Məhkəmənin məlumatına görə, təqsirləndirilən şəxslər bir həftəərzində apellyasiya şikayəti verə bilərlər.

Seçilən
73
az.trend.az

1Mənbələr