AZ

Anası açıq beyin əməliyyatından sonra iflic oldu – Həkimləri günahkar bilir

3 ay əvvəl beyin əməliyyatı keçirən 56 yaşlı qadın iflic olub. Cərrahiyyə əməliyyatı Respublika Neyrocərrahiyyə Xəstəxanasında həyata keçirilib.

İflic olan Xalidə Yaradovanın oğlu Elməddin Yaradov iddia edir ki, xəstəxanada pasiyentə göstərilən etinasız münasibət nəticəsində qadının vəziyyətti daha da ağırlaşıb. O, deyir ki, əməliyyatı Xəstəxananın həkim-neyrocərrahı Elşən Hüseynzadə icra edib.

“Xəzər” TV-nin əməkdaşları Elməddin Yaradovun iddialarına aydınlıq gətirmək üçün saatlar Respublika Neyrocərrahiyyə Xəstəxanasının baş həkimi Elçin İbrahimovu gözləyib. O, xəstəxanada olsa da, kameradan yayınıb. Xəstəxanın direktoru Fərhad Həsənovla da görüşmək cəhdi baş tutmayıb.

Əməliyyatı icra edən həkim-neyrocərrah Elşən Hüseynzadə işdə olmadığından onunla telefon əlaqəsi saxlanılıb. O, ailənin iddiaları ilə razılaşmadığını bildirib.

Elşən Hüseynzadə qeyd edib ki, əməliyyatdan sonra bədənində problem olmayan pasiyentlərdə yaralar çapıqlaşır, Xalidə Yaradovada isə tam əksidir. Tibbi xidmət vaxtlı-vaxtında göstərilməsinə başmayaraq, şəkər xəstəliyi ona tam sağalmağa, yaraların qapanmasına imkan vermir.

Xəstənin dərman təminatı məsələsinə gəlincə, Elşən Hüseynzadə əməliyyat da daxil olmaqla, bütün bunların İcbari Tibbi Sığorta hesabına həyata keçirildiyini qeyd edib.

Seçilən
32
4
nocomment.az

5Mənbələr