AZ

Meyxanaçıdan maraqlı açıqlama: “Ayda 1200-1500 manat qazansam...”

Meyxanaçı Aydın Sani qatıldığı "Rəngarəng" verilişində maraqlı açıqlamaları ilə diqqət çəkib.

Publika.az xəbər verir ki, sənətçi gündəlik həyat xərclərindən və dolanışıq şərtlərindən danışıb.

O, bildirib ki, yaşadığı mühiti, geyim-keçim xərclərini, eləcə də xeyir-şər mərasimləri üçün tələb olunan vəsaiti nəzərə alanda aylıq 1200-1500 manat gəlirin onun üçün kifayət edəcəyini düşünür:

"Biləm ki, bu qədər maaş alıram, özümü də dolandıraram, ailəmə də çatdıraram. Hətta dostlarıma da haradasa dəstək ola bilərəm", - deyə meyxanaçı vurğulayıb.

Seçilən
43
2
publika.az

5Mənbələr