AZ

Ağlaya bilməmək ciddi xəstəliyin əlaməti imiş

Böyük Britaniyada yaşayan 50 yaşlı Cillian Best yeniyetmə yaşlarında universitetə hazırlaşarkən onda ciddi autoimmun xəstəliyin ilk əlamətləri ortaya çıxıb.

Ölkə.az xəbər verir ki, onun hekayəsini "Metro" nəşri yayımlayıb.

Bestin sözlərinə görə, 19 yaşında olarkən qəfil sümüklərində güclü ağrılar başlayıb. Ağrılar o qədər şiddətli olub ki, o, yataqdan qalxıb tualetə gedə bilməyib. Hətta ağrıdan ağlamaq istəsə də, göz yaşı tökə bilməyib. Qohumlarından biri onu qucağında aparmağa çalışsa da, toxunuş belə dözülməz olub. Nəticədə yaxın qohumu onu skeytbordun üzərinə uzadaraq ehtiyatla hamama aparıb.

Həmin gün xəstəxanaya çatdırılan gənc qıza ağrıkəsici iynə vurulub və vəziyyəti tədricən yüngülləşib. Müayinələrdən sonra həkimlər ona ankilozlaşdırıcı spondiloartrit diaqnozu qoyublar. Bu xəstəlik onurğa və çanaq oynaqlarını zədələyən iltihablı autoimmun artrit formasıdır.

Bir neçə il sonra Bestdə əlavə olaraq Kron xəstəliyi də inkişaf edib. O bildirir ki, xroniki xəstəliklərdə ağrı yalnız fiziki deyil, həm də yorğunluq, yuxusuzluq və psixoloji gərginliklə daha da ağırlaşır. Onun sözlərinə görə, bəzi hallarda ankilozlaşdırıcı spondiloartrit onurğanın hərəkətsiz qalmasına, qabırğaların deformasiyasına və ürək, döş qəfəsi ilə ağciyərlərə təzyiq göstərməsinə səbəb ola bilər.

Hazırda Best artıq 30 ildən çoxdur ki, gündəlik ağrılarla yaşayır. O, həkimlərin təyin etdiyi dərmanlar və yüngül fiziki məşqlər vasitəsilə vəziyyətini nəzarətdə saxlamağı öyrəndiyini deyir.

Həmidə İbrahimova

Seçilən
52
2
olke.az

3Mənbələr