Bakı. Trend:
Abituriyentlərin valideynləri məktəblərdə sinif rəhbərlərininşagirdlərin Şəxsi kabinetinə giriş üçün şəxsi məlumatları tələbetməsindən şikayət edirlər. Onların sözlərinə görə, məktəbdirektorları bu məlumatları birbaşa deyil, sinif rəhbərlərivasitəsilə abituriyentlərin DİM sistemindəki Şəxsi kabinetlərinəgiriş üçün toplayırlar.
Trend-ə mövzuilə bağlı açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildiribki, bu cür məlumatların tələb edilməsi qanunsuzdur:
“Məktəb rəhbərliyinin abituriyentlərdən bu məlumatları istəməkhüququ yoxdur. Bu məlumatlar məxfi saxlanılmalıdır. Dövlət İmtahanMərkəzi də həmin məlumatların üçüncü şəxslərə ötürülməməsi barədəxəbərdarlıq edir. Heç bir müəllim və ya məktəb abituriyentdən Şəxsikabinetə giriş məlumatlarını tələb edə bilməz.”
Təhsil eksperti qeyd edib ki, Şəxsi kabinet məlumatları DİM-inrəsmi internet səhifəsində abituriyentin şəxsiyyət vəsiqəsiəsasında yaratdığı fərdi hesabdır:
"Buraxılış imtahanı üçün məktəbin şagirdə verdiyi şəxsiməlumatlar isə yalnız buraxılış imtahanında iştirak məqsədi daşıyırvə qəbul prosesi ilə əlaqəli deyil.
Ali təhsil müəssisələrinə qəbul prosesi — imtahanlarda iştirak,ixtisas seçimi və digər mərhələlər — artıq tam şəkildə DİM-insistemində yaradılan Şəxsi kabinet vasitəsilə həyatakeçirilir".
Dövlət İmtahan Mərkəzindən isə sorğumuza cavab olaraq bildirilirki, (DİM) sistemində yaradılan Şəxsi Kabinet yalnız DİM-inxidmətlərindən istifadə zamanı tətbiq olunur:
"Şəxsi Kabinet ali təhsil müəssisələrinə qəbul imtahanları vəDİM-in təşkil etdiyi digər imtahanlar üçün nəzərdə tutulub.Buraxılış imtahanlarında iştirak etmək üçün Şəxsi Kabinetdəqeydiyyat tələb olunmur. Şəxsi Kabinetin istifadəçi adı və paroluməxfi saxlanılmalı və üçüncü şəxslərə ötürülməməlidir".
Məktəb rəhbərliyi DİM-in sistemindəki abituriyentin şəxsikabinetinə giriş parolunu istəyə bilərmi, və yaxud şagirdi müəllim"səni mən qeydiyyatdan keçirməliyəm" tələbi qoya bilərmi sualımızaisə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindənbildirildi ki, vətəndaşın icazəsi olmadan bu kabinetə daxil olmaqyolverilməzdir:
"Şəxsi kabinet hər bir vətəndaşın şəxsi istifadəsi üçün nəzərdətutulub və onun icazəsi olmadan bu kabinetə daxil olmaqyolverilməzdir".