AZ

Ötən il Naxçıvanda 374 nəfər təhsil sahəsində işlə təmin olunub

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Naxçıvan, 19 fevral, AZƏRTAC

Ötən il Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçirilən məşğulluq tədbirləri nəticəsində 374 nəfər işlə təmin olunub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, nazirliyin aparatına və tabeliyində olan qurumlara 225 nəfər müsabiqə yolu ilə, 149 nəfər isə Məşğulluq Xidmətinin göndərişi əsasında işə qəbul edilib. İşlə təmin olunanlardan 12-si dövlət qulluğuna, 9-u direktor və müdir, 132-si müəllim, 9-u tərbiyəçi-müəllim, 6-sı peşə təhsili üzrə ixtisas fənn müəllimi və istehsalat təlim ustası, 44-ü tədris-köməkçi heyət, 13-ü musiqi rəhbəri vəzifələrinə 149-u isə texniki heyət vəzifələrinə təyin olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
4
azertag.az

5Mənbələr