AZ

Maşın almaq istəyənlərin nəzərinə: yeni qadağa gəlir, bundan sonra…

Gürcüstanda avtomobil idxalçıları və dilerlər Rustavi avtomobil bazarı yaxınlığında etiraz aksiyasına hazırlaşır. Belə ki, onlar hökumətin 6 ildən çox yaşı olan avtomobillərin ölkəyə idxalını qadağan etmək qərarına qarşı etiraz edəcəklər. Avtomobil İdxalçıları Assosiasiyası isə bu addımın idxalçıların ən azı 50 faizinin bazarı tərk etməsi ilə nəticələnə biləcəyini bildirir. Nəzərə alsaq ki, Azərbaycan alıcıları əsasən Rustavi bazarından Avropa, ABŞ və Yaponiya istehsalı olan avtomobillər alır, qərarın region bazarına mümkün təsiri sual doğurur.

Gürcüstandakı məhdudiyyətlər Azərbaycanda avtomobil qiymətlərinin artımına səbəb ola bilərmi?

Publika.az xəbər verir ki, bu barədə Globalinfo.az-a nəqliyyat eksperti Eldəniz Cəfərov danışıb. O deyib ki, Gürcüstan hökumətinin bu qərarı onların daxili siyasətinin tərkib hissəsidir:

“Burada əsas məqsəd avtomobil parkının yenilənməsi, eləcə də ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır. Gürcüstan avtomobil bazarının ölkəmizə təsiri artıq əvvəlki illərlə müqayisədə xeyli azalıb. Son dövrdə Gürcüstandan idxal olunan, həm köhnə, həm də yeni avtomobillərin sayında ciddi azalma müşahidə olunur. Bu da onu göstərir ki, azərbaycanlı dilerlər və sahibkarlar alternativ tədarük marşrutları formalaşdırıblar. Gürcüstanda sözügedən qərar nəticəsində yaşı 6-10 il aralığında olan nəqliyyat vasitələrinin bazarının həcmi azalacaq”.

Seçilən
64
publika.az

1Mənbələr