Səfərin yekununa həsr olunmuş Prezidentlərin mətbuata bəyanatları iki ölkə arasında siyasi münasibətlərin möhkəm təməl üzərində qurulduğunu bir daha təsdiqlədi. Azərbaycan və Serbiya beynəlxalq hüququn fundamental prinsiplərinə - dövlətlərin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı hörmət prinsipinə əsaslanan mövqe nümayiş etdirirlər. Bu amil münasibətlərin siyasi sütununu təşkil edir. Hər iki ölkə müxtəlif beynəlxalq platformalarda bir-birinin haqlı mövqeyini dəstəkləyir və bu dəstək qarşılıqlı etimadı daha da gücləndirir.
Azərbaycan-Serbiya münasibətlərinin yüksək templə inkişafında enerji sektoru mühüm rol oynayır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu Serbiya ilə əməkdaşlıq perspektivlərini daha da genişləndirir. İmzalanmış sənədlər iqtisadi-ticari əlaqələrin dərinləşdirilməsini, investisiya layihələrinin təşviqini, sənaye, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Bu sənədlər münasibətlərin təkcə siyasi deyil, həm də real iqtisadi məzmunla zənginləşdiyini göstərir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31