AZ

PSJ-nin hücumçusu “Real Madrid”in maraq dairəsinə düşdü

Bakı. Trend:

PSJ-nin hücumçusu Dezire Due “Real Madrid”in maraq dairəsinədüşüb.

Trend-in “ElNacional”a istinadən məlumatına görə, “Real Madrid” oyunçununtransferi üçün 100 milyon avro ödəməyə hazırdır.

“Real Madrid” Dueyə hazırda Paris klubunda aldığından daha çoxoyun müddəti təklif edə bilər. Dezire Due 2024-cü ildə "Renn"dənPSJ-yə 50 milyon avroya keçib. Onun müqaviləsi 2029-cu ilin iyunayına qədərdir. Bu mövsüm hücumçu bütün yarışlarda parislilərinheyətində 23 oyunda iştirak edib, səkkiz qol vurub və beş məhsuldarötürmə edib.

Transfermarkt onun dəyərini 90 milyon avro qiymətləndirir. Due2025-ci ildə “Globe Soccer Awards” tərəfindən “İlin Gənc Oyunçusu”seçilmişdi.

Seçilən
57
az.trend.az

1Mənbələr