AZ

FİFA prezidenti də o qalmaqala reaksiya verdi: Şoka düşdüm

FİFA prezidenti Canni İnfantino ” Real Madrid”in hücumçusu Vinisius Junior ətrafında yaranan mübahisəyə münasibət bildirib.

Xinisius “Benfika”nın oyunçusu Canluka Prestianninin Çempionlar Liqasının pley-off matçında ona “meymun” dediyini iddia edib.

Publika.az xəbər verir ki, FİFA-nın “X” sosial media hesabında İnfantinonun sözləri sitat gətirilib:

“Benfika və “Real” arasında keçirilən UEFA Çempionlar Liqası matçında Vinisius Juniora qarşı iddia edilən irqçilik hərəkəti barədə xəbər tutanda həm şoka düşdüm, həm də kədərləndim. İdmanımızda və ya cəmiyyətimizdə irqçiliyə yer yoxdur – bütün maraqlı tərəflərin tədbir görməsini və məsul şəxsləri məsuliyyətə cəlb etməsini istəyirik.

Seçilən
44
7
publika.az

10Mənbələr