AZ

“Qarabağ”ın keyfiyyəti çox yüksəkdir” – “Nyukasl”ın baş məşqçisi

Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün pley-off mərhələsində “Nyukasl”la ilk matçına çıxıb. Matç qonaqların 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İdmanxeber.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Nyukasl”ın baş məşqçisi Eddi Hau jurnaistlərin suallaırını cavablandırıb:

“Bu gün yaxşı çıxış etdik, dominant tərəf biz idik. Qapıçımız buraxılan qola görə kədərləndi. Müəyyən boşluğa yer verdik. Bunun üzərində işləməliyik. Buraya gəldikdən öncə də demişdim ki, bizi çətin oyun gözləyir. Püşkatmada bəxtimizin gətirdiyini deməzdim. “Qarabağ”ın keyfiyyəti çox yüksəkdir. “Çelsi” ilə burada yaxşı oyun sərgiləmişdilər.  Bu səviyyədə çıxış davamlı etmək, əhval-ruhiyyəni yüksək saxlamaq lazımdır.”

Seçilən
68
4
idmanxeber.az

5Mənbələr