AZ

Ağ Ev ELAN ETDİ: 18 iranlı məmur üçün viza məhdudiyyətləri GƏLİR

ABŞ 18 İran rəsmisi və şirkət rəhbərinə viza məhdudiyyəti tətbiq edir.

İnterpress.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Livitt məlumat yayıb.

Məlumata görə, ABŞ Dövlət katibi 18 İran rəsmisinə və telekommunikasiya şirkətlərinin rəhbərlərinə qarşı viza məhdudiyyətlərinin tətbiq edilməsi üçün müvafiq addımlar atır.

Ağ Ev rəsmisi brifinq zamanı bildirib ki, bu qərar Vaşinqtonun İrana qarşı həyata keçirdiyi siyasətin tərkib hissəsidir.

Siyahıya daxil edilən şəxslərin adları və məhdudiyyətlərin konkret səbəbləri barədə əlavə təfərrüatların yaxın vaxtlarda açıqlanacağı gözlənilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
115
interpress.az

1Mənbələr