AZ

Tramp yadplanetlilərlə bağlı çıxış etməyə hazırlaşır

ABŞ Prezidenti Donald Tramp Dünya əhalisini yerdənkənar sivilizasiyaların mövcudluğu barədə məlumatlandırmaq üçün xüsusi müraciət mətni hazırlayıb.

Publika.az xəbər verir ki, bu barədə prezidentin gəlini Lara Tramp “Pod Force One” podkastında danışıb.

Onun sözlərinə görə, qayınatası doğru zamanı gözləyir.

Lara Tramp Ağ Ev rəhbərinin mütləq çıxış edəcəyini və yerdənkənar həyatla bağlı bildiklərini danışacağını söyləyib. O vurğulayıb ki, Tramp hazırda hətta ailə üzvləri ilə belə bu məsələnin detallarını paylaşmır, çox vacib məlumatları gizli saxlayır.

Sözügedən açıqlama fevralın 14-də keçmiş prezident Barak Obamanın “No Lie” podkastındakı sözlərindən sonra gündəmə gəlib.

Seçilən
50
3
publika.az

8Mənbələr