ABŞ Prezidenti Donald Tramp amerikalıları yerdənkənar sivilizasiyaların mövcudluğu barədə məlumatlandırmaq üçün xüsusi müraciət mətni hazırlayıb.
Bu barədə prezidentin gəlini Lara Tramp “Pod Force One” podkastında çıxışı zamanı deyib.
O, qayınatasının doğru zamanı gözlədiyini bildirib:
“O, mütləq çıxış edəcək və yerdənkənar həyatla bağlı bildiklərini danışacaq. Amma o, hətta ailə üzvləri ilə belə bu məsələnin detallarını paylaşmır, çox vacib məlumatları gizli saxlayır”.
Qeyd edək ki, sözügedən açıqlama fevralın 14-də keçmiş prezident Barak Obamanın “No Lie” podkastındakı sözlərindən sonra gündəmə gəlib. Obama həmin müsahibədə yadplanetlilərin real olduğunu, lakin onların Nevada ştatındakı gizli “51-ci Zona”da (Area 51) saxlanılmadığını deyib. O, zarafatla qeyd edib ki, prezident seçildikdən sonra verdiyi ilk suallardan biri “Yadplanetlilər haradadır?” olub.
Həmçinin, İsrailin keçmiş kosmik təhlükəsizlik rəhbəri Haim Eşed də daha əvvəl Trampın yadplanetlilərin varlığını açıqlamaq istədiyini, lakin “Qalaktika Federasiyası” tərəfindən dayandırıldığını iddia etmişdi.
"Cebheinfo.az"