AZ

Oğuzda yerləşən tarixi abidələrlə bağlı təkliflər hazırlanacaq

Azertag saytına istinadən ain.az xəbər verir.

Oğuz, 18 fevral, Rasim İslamoğlu, AZƏRTAC

Oğuz Rayon İcra Hakimiyyəti yanında İctimai şuranın üzvləri ölkəmizdə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar rayon ərazisindəki abidələrə baxış keçirirlər. Şura üzvləri tarixi abidələrin, dini məbəd və məkanların vəziyyətini yerində öyrəndikdən sonra onların gələcəkdə bərpası məqsədi ilə təkliflər hazırlayacaqlar.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə İctimai şuranın sədri Günel Abdullayeva məlumat verib.

Onun sözlərinə görə, bununla əlaqədar olaraq rayon ərazisində yerləşən Oğuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinə, Alban məbədinə, Yuxarı və aşağı məhəllə sinaqoqlarına baş çəkiblər. Onlar növbəti günlərdə rayondakı digər tarixi abidələrə də baş çəkməyi, onların vəziyyəti və mühafizəsi ilə yerində tanış olmağı planlaşdırırlar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
109
1
azertag.az

2Mənbələr