AZ

Bakıda Megastore” supermarketlərdə müdhiş fırıldaq - Əhaliyə vaxtı keçmiş məhsullar satılır

“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb.

Paytaxt.org  xəbər verir ki, bununa bağlı AQTA-nın mətbuat xidmətindən məlumat verilib.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhərinin Nəsimi rayonu, X.Şuşinski küçəsində yerləşən, “Volt Services Azərbaycan” MMC-yə məxsus “Volt” marketdə, Nərimanov rayonu, A.Alı küçəsində yerləşən, “Grand-Mart” MMC-yə məxsus “Megastore” ticarət obyektində, Nəsimi  rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən, “Our Company” MMC-yə məxsus “The Place” ictimai iaşə obyektində yoxlama keçirib.


Baxış zamanı yararlılıq müddəti bitmiş qida məhsullarının satışa çıxarıldığı və istehlaka təqdim edildiyi aşkarlanıb. “Megastore” supermarketdə və “The Place” ictimai iaşə obyektində həmçinin sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.


Yoxlama zamanı aşkarlanan istehlaka yararsız ət və süd məhsulları, dondurulmuş yarımfabrikatlar, unlu məmulatlar və alkoqolsuz içkilər dövriyyədən çıxarılaraq məhv edilib. Sahibkarlıq subyektləri barəsində inzibati protokol tərtib olunub.

Seçilən
32
43
paytaxt.org

10Mənbələr