ain.az, Avtosfer saytına istinadən bildirir.
Paytaxtın Ziya Bünyadov prospektində baş verən zəncirvari yol-nəqliyyat hadisəsi avtomobilin videoregistratoruna düşüb.
Avtosfer.az-ın məlumatına görə, qəza bir neçə gün əvvəl axşam saatlarında qeydə alınıb.
Belə ki, 77-RO-345 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobil əvvəlində hərəkətdə olan 99-NQ-475 dövlət nömrə nişanlı “Changan” markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin təsirindən “Changan” isə qarşıda olan 99-SO-061 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobillə toqquşub.
Görüntülərdən məlum olur ki, hadisəyə səbəb arxadan gələn sürücünün ara məsafəsini düzgün saxlamaması olub. Qəza nəticəsində hər üç avtomobilə maddi ziyan dəyib.
Qeyd edək ki, sürücü diqqətsiz davrandığı üçün qəzaya səbəb olduğunu bildirib.
Xatırladaq ki, xüsusilə sıx və intensiv hərəkət olan yollarda sürücülər ara məsafəsini mütləq gözləməli, yol şəraiti və sürət rejiminə uyğun davranmalıdırlar.
Nərmin
Oxunub 58
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.