AZ

Tramp hakimiyyətə gələndən sonra Avropada mövcud təhlükəsizlik arxitekturası ciddi şəkildə zədə alıb

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Keçmiş ABŞ dövlət katibi Hillari Klinton Almaniyada keçirilən forumda Donald Trampı sərt şəkildə tənqid edərək onu Qərb dəyərlərindən uzaqlaşmaqda ittiham edib. O bildirib ki, Trampın siyasəti NATO prinsiplərinə, Atlantik xartiyasına və insan hüquqları öhdəliklərinə ziddir və Putinə yaxın xətti xatırladır. Klintonun çıxışı ABŞ-ın gələcək xarici siyasət kursu ilə bağlı beynəlxalq müzakirələri yenidən alovlandırıb.

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Münxen Təhlükəsizlik Konfransında Rubio ilə bərabər Hillari Klintonun çıxışı və burada verilən mesajlar fərqli fərqli bir dünyagörüşü ortaya qoydu: “Rubionun açıqlamaları doğrudur ki, keçən il Vensin açıqlamalarından daha praqmatik və daha yumşaq mesaj idi. Klintonun mesajlarına baxdığımızda isə burada Tramp siyasətinin ciddi şəkildə tənqidi və bunun qlobal siyasətdə yaradacağı təhdidlərdən söz açılır”.

Oqtay Qasımov

“Donald Tramp hakimiyyətə gələndən sonra son 80 ildə Avropada mövcud olmuş təhlükəsizlik arxitekturası ciddi şəkildə zədə alıb. Xüsusilə də, Avropa ölkələri Birləşmiş Ştatlarının təhlükəsizlik təminatından xeyli dərəcədə məhrum buraxılmaq ərəfəsindədir.

NATO-nun daxilində məsələlərə fərqli baxışlar var və Amerika Birləşmiş Ştatları faktiki olaraq gələcəkdə dünya üzərində Avropa və Qərbin əsas strukturu sayılan NATO bloku ilə münasibətlərlə fərqli bir baxış sərgiləməkdədir. Trampın siyasəti 80 ildə mövcud olmuş siyasətdən fərqli bir siyasət anlayışıdır”-deyə Oqtay Qasımov qeyd edib.

“Klintonun və demokratların liberal sol qüvvələrin mənimsədiyi dəyərlərdən fərqli bir dəyərləri ortaya qoyur ki, bu da Avropada əslində ciddi şəkildə siyasi təlatümlər yaradır. Çünki məhz bu siyasət Avropada da millətçiliyə ciddi stimul verir, sağ təmayül güclənir. Nəzərə alsaq ki, son onilliklərdə “Qərb dəyərləri” adı altında müxtəlif ölkələrə bu dövlətlərin sırınması və qəbul etdirilməsi siyasəti həyata keçirilib. Bu da dünyanın müxtəlif coğrafiyalarında, müqavimətlə rastlaşıb”-deyən politoloqun fikrincə, bu tip çıxışlar Amerikada bu ilin noyabrında keçiriləcək ara seçkilərlə bağlı olan bir mübarizədir.

“Həm Ukrayna savaşı, həm dünyada baş verən hadisələr, bu ilin noyabrında Amerikada keçiriləcək ara seçkilərin nəticələrindən də xeyli dərəcədə asılılıq olacaq. Bu baxımdan götürdükdə biz bu açıqlamaları həm də həm beynəlxalq səviyyədə vermək beynəlxalq ictimaiyyətə yönəlmiş açıqlamalar kimi dəyərləndirsək də, nəzərə almalıyıq ki, bu açıqlamalar həm də ABŞ-ın daxili auditoriyasına yönəlmiş açıqlamalardır. Hazırda respublikaçılar və demokratlar bu ara seçkilərlə bağlı mübarizəyə hazırlaşırlar, bu mübarizədə bir-birinə qarşı olduqca kəskin fikirlər söyləməkdən çəkinmirlər”-deyə Oqtay Qasımov bildirib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
42
icma.az

1Mənbələr