AZ

Qarabağ bu gün qalib gələcək Vüqar İskəndərov

Redaktor.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

""Qarabağ" futbol klubu tarix yazır. Oynadığı klubların hətta bir oyunçusunun qiyməti bizim bütün klubun heyətindən və ümumiyyətlə klubun büdcəsindən baha olmasına baxmayaraq, "Qarabağ" futbol klubu əzm, qətiyyət, qürur və mübarizlik nümayiş etdirir".

Bunu Redaktor.az-a bu gün keçiriləcək "Qarabağ"-"Nyukasl" oyunundan danışarkən Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Vüqar İskəndərov bildirdi.

"2020-ci ildə Qarabağımıza qovuşmağımızla, 2023-cü ildə suverenliyimizi tam bərpa etməyimizlə dünyanın ən qürurlu, ən qüdrətli xalqına və dövlətinə çevrilməyimizin idman meydanlarında rəmzi davamını "Qarabağ" idman klubu gətirir. Avropada çox böyük büdcəli klubların olmasına baxmayaraq, aşağı büdcə ilə əzmi, qətiyyəti, gücü, birliyi, məğlub olmamağı, sona qədər döyüşməyi futbol meydanında əks etdirən klubumuz bizə sevinc, coşqu yaşadır. Bu gün də doğma meydanda "Qarabağ" İngiltərənin nəhənglərindən olan "Nyukasl"la qarşılaşacaq. "Nyukasl" da tarixi olan bir klubdur və ümumiyyətlə uzun illərdir həm İngiltərə çempionatında, həm də Avrokubok yarışlarında uğurlar qazanan, öz dəst-xətti olan bir komandadır. Çox sərt futbol oynayır. Düşünürük ki, bu gün "Qarabağ" həmişə olduğu kimi bütün gücünü ortaya qoyacaq, sona qədər döyüşəcək və çox uğurlu nəticə əldə edəcək. Mən ümid edirəm ki, klubumuz bu gün qalib gələcək və cavab oyununa həm üç xalla, həm də rahat formada gedə biləcək. Bizim coşqulu azarkeşlərimizin və xalqımızın da sevgisini "Qarabağ" hiss edir. Bütün bunlar — onların əzmkarılığı, tamaşaçıların və azarkeşlərin coşqusu, onlara olan sevgisi — birlikdə bizə bu gün o sevinci yaşadacaq", - deyə deputat yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
1
redaktor.az

2Mənbələr