AZ

ABŞ səfirliyi Nərimanı təbrik etdi

ABŞ səfirliyi azərbaycanlı futbolçu Nəriman Axundzadəni ABŞ-ın Ohayo ştatını təmsil edən “Kalumbus Kryu” klubu ilə müqavilə imzalaması münasibətilə təbrik edib.

Publika.az xəbər verir ki, səfirlik bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib

Bildirilib ki, “Qarabağ”ın heyətində nümayiş etdirdiyi oyunla rəğbət qazanan istedadlı gənc hücumçu Major League Soccer (MLS) ilə müqavilə imzalayan ilk azərbaycanlı futbolçudur.

“Eyni zamanda “Qarabağ” klubuna bu axşam Çempionlar Liqasında uğurlar və inamlı qələbə arzulayırıq!”, - deyə səfirliyin mesajında qeyd olunub.

Seçilən
34
25
publika.az

10Mənbələr