AZ

Fevralın 21-də Aeroport şosesində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək

Fevralın 21-də paytaxtın Suraxanı rayonu, Aeroport şosesində (“Buta Palace” yaxınlığı) yeni quraşdırılan elektron məlumat-sürət tablolarının üzərində olduğu metal konstruksiyada son tamamlama işləri görüləcək. Ona görə də həmin gün saat 00:00-dan 05:45-dək hava limanı yolundan (hava limanı körpüsündən "Koroğlu" metrostansiyası istiqamətində), 02:00-dan 05:15-dək isə "Koroğlu" metro stansiyasından (Suraxanı dairəsi üzərindəki yol ötürücüsündən) hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Herbiand.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yol hərəkəti iştirakçılarına ünvanladığı məlumatda deyilir.

Məlumatda bildirilir ki, şosenin hər iki istiqamətində saat 02:30-dan 05:15-ə kimi hərəkət dayandırılaraq nəqliyyat vasitələri alternativ yollara yönləndiriləcək.

“Alternativ yol kimi, Mərdəkan şosesindən gələnlər (hava limanına gedişdə məhdudiyyət olmayacaq) Zığ şosesinə, şəhər istiqamətindən gələnlər isə Suraxanı rayonu, Xanlar Ələkbərov və 14 İyul küçəsinə istiqamətləndiriləcək. Eyni zamanda, sürücülər şəhərdən hava limanı istiqamətinə alternativ olaraq 8 Noyabr prospektindən Zığ yoluna keçməklə də hərəkət edə biləcəklər. Məhdudiyyətin tətbiq olunduğu müddətdə avtomobillərin alternativ yollarda rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün yol polisi tərəfindən zəruri tədbirlər görüləcək”,- deyə hərəkət iştirakçılarının nəzərinə çatdırılır.

Seçilən
52
40
herbiand.az

10Mənbələr