AZ

Baş prokuror: “Konstitusiya və Suverenlik İli” forma və məzmun etibarilə özünü doğrultdu

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Artıq beş ildir ki, prokurorluq əməkdaşlarının mükafatlandırılma mərasimləri keçirilir. Eyni zamanda, bu mərasimlər bizim çox yaxın münasibətdə olduğumuz media nümayəndələri ilə görüşmək üçün fürsətdir.

Gununsesi.info-bildirir ki, bunu Baş prokuror Kamran Əliyev 2025-ci ilin yekunlarına görə həvəsləndirilmiş “İlin ən yaxşı müstəntiqi, dövlət ittihamçısı, prokuroru” müsabiqələrinin qalibi olmuş prokurorluq işçilərinin və “Prokurorluğun dostu” seçilmiş media nümayəndələrinin mükafatlandırma mərasimində çıxış edərkən deyib.

Baş prokuror qeyd edib ki, 2025-ci il də əvvəlki illər kimi, müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin Ümummilli Liderin siyasətini uğurla davam etdirməsi ilə yadda qalıb: “2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan olunması forma və məzmun etibarilə özünü doğrultdu. Müxtəlif formatlarda bu ilə həsr olunmuş tədbirlər keçirildi. Bütün bu tədbirlər zamanı həm prokurorluq əməkdaşları, həm də iştirakçılar Azərbaycanın müstəqillik illərində əldə etdiyi nailiyyətlərə uğurla nəzər saldılar. Qeyd edim ki, Konstitusiya hüquqi, eyni zamanda, siyasi və fəlsəfi bir sənəddir. Bu sənəd xalqın inkişafını uzun illər təmin edir. Biz bu ildə bir çox məsələləri təhlil etdik. Hər birimiz vətəndaş kimi məsuliyyətimizi və qarşımızda duran vəzifələri bir daha anladıq. Eyni zamanda, Zəfərimizin beş ili çox mühüm hadisə idi. İşğaldan azad edilmiş ərazilərə vətəndaşlarımızın qayıdışı prosesi sürətli və planlı şəkildə həyata keçirilir. Vaşinqton prosesi bir daha göstərdi ki, bizim məqsədimiz sülhü təmin etməkdir. Sülh prosesi indi də Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir”.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
icma.az

1Mənbələr