AZ

Zaxarova: Rusiyanın Ermənistan dəmir yollarına investisiyalarını unudulub

Rusiya bütün kommunikasiyaların blokadadan çıxarılmasını dəstəkləyir.

"Yeni Sabah" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

Onun sözlərinə görə, Ermənistan Dəmir Yolları 20 ildən çoxdur ki, Cənubi Qafqaz Dəmir Yollarının idarəçiliyindədir. Bu müddət ərzində Rusiya şirkəti müqavilənin bütün şərtlərini ardıcıl olaraq yerinə yetirib:

"Bəlkə də Yerevanda bunu unutublar. Rusiya infrastruktura və dəmir yolu nəqliyyatına əhəmiyyətli dərəcədə sərmayə qoyur, çoxlu sayda iş yeri təmin edir və fikrimcə, Ermənistanda bu məsələ ilə bağlı danışmaq istəyənlər bunu da nəzərə almalıdırlar. Rusiya operatoru respublikanı rəqabət üstünlüklərindən məhrum etməyən, əksinə onları yaradan bir strukturdur".

Zaxarova əlavə edib ki, Rusiya operatorları Ermənistanı rəqabət üstünlüklərindən məhrum etmir, əksinə onları yaradırlar.


Telegram kanalımız
Seçilən
59
yenisabah.az

1Mənbələr