AZ

TRIPP layihəsi: “Rusiyaya qarşı...”

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Ermənistan TRIPP layihəsi çərçivəsində nəzərdə tutulan dəmir yolunun idarə edilməsinin mümkün konsessiya əsasında verilməsi məsələsində yalnız öz dövlət maraqlarını rəhbər tutur”.

“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistanın iqtisadiyyat naziri Gevorg Papoyan jurnalistlərə belə deyib.

“Dünyada həm ABŞ, həm Ermənistan, həm də Rusiya ilə çox yaxşı münasibətləri olan ölkələr var və mənim təəssüratıma görə, onların pulları da var… Baş nazir bu mexanizm haqqında danışıb”, - deyə Papoyan qeyd edib.

O, Baş nazirin dəmir yolunun konsessiya idarəsinin üçüncü ölkəyə verilməsinin mümkünlüyü barədə bəyanatına Rusiyanın reaksiyası ilə bağlı sualı cavablandırıb. Nazir vurğulayıb ki, təşəbbüs heç bir ölkəyə qarşı yönəlməyib.

“Bu, Rusiyaya qarşı deyil, bu, Ermənistan üçündür. Əgər Rusiya bu investisiyaları edə bilsə və Rusiya tərəfi bu yüklərin Ermənistandan keçməsi sisteminə xidmət göstərə bilsə və biz bundan siyasi, iqtisadi, təhlükəsizlik baxımından fayda əldə etsək, bizim problemimiz yoxdur”, - deyə o, bildirib.

Papoyanın sözlərinə görə, Ermənistan istənilən halda öz mənafeyini önəmli hesab edəcək.“Ermənistan və ABŞ-ın marağı qarşıya qoyulduqda, Ermənistanın marağını müdafiə edəcəyik, Ermənistan və Rusiyanın marağı qoyulduqda, Ermənistanın marağını müdafiə edəcəyik”, - deyə nazir əlavə edib.

Papoyan həmçinin, layihənin Ermənistan üçün iqtisadi əhəmiyyətini də qeyd edib.

“Bizim üçün yükün gəlməsi, Azərbaycandan Ermənistana daxil olması, sonra yenidən Azərbaycana, sonra yenidən Ermənistana, sonra Türkiyəyə getməsi çox vacibdir.

Bunu Ermənistan Respublikasının marağı tələb edir. Ona görə, əgər bu və ya digər ölkə ilə danışıqlar aparmaq lazımdırsa, biz bunu etməyə çalışmalıyıq”, - deyə Papoyan vurğulayıb.

Müşfiq Abdulla

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
1
cebheinfo.az

2Mənbələr