AZ

TRIPP layihəsi: “Rusiyaya qarşı...”

“Ermənistan TRIPP layihəsi çərçivəsində nəzərdə tutulan dəmir yolunun idarə edilməsinin mümkün konsessiya əsasında verilməsi məsələsində yalnız öz dövlət maraqlarını rəhbər tutur”.

“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistanın iqtisadiyyat naziri Gevorg Papoyan jurnalistlərə belə deyib.

“Dünyada həm ABŞ, həm Ermənistan, həm də Rusiya ilə çox yaxşı münasibətləri olan ölkələr var və mənim təəssüratıma görə, onların pulları da var… Baş nazir bu mexanizm haqqında danışıb”, - deyə Papoyan qeyd edib.

O, Baş nazirin dəmir yolunun konsessiya idarəsinin üçüncü ölkəyə verilməsinin mümkünlüyü barədə bəyanatına Rusiyanın reaksiyası ilə bağlı sualı cavablandırıb. Nazir vurğulayıb ki, təşəbbüs heç bir ölkəyə qarşı yönəlməyib.

“Bu, Rusiyaya qarşı deyil, bu, Ermənistan üçündür. Əgər Rusiya bu investisiyaları edə bilsə və Rusiya tərəfi bu yüklərin Ermənistandan keçməsi sisteminə xidmət göstərə bilsə və biz bundan siyasi, iqtisadi, təhlükəsizlik baxımından fayda əldə etsək, bizim problemimiz yoxdur”, - deyə o, bildirib.

“Bizim üçün yükün gəlməsi, Azərbaycandan Ermənistana daxil olması, sonra yenidən Azərbaycana, sonra yenidən Ermənistana, sonra Türkiyəyə getməsi çox vacibdir.

Bunu Ermənistan Respublikasının marağı tələb edir. Ona görə, əgər bu və ya digər ölkə ilə danışıqlar aparmaq lazımdırsa, biz bunu etməyə çalışmalıyıq”, - deyə Papoyan vurğulayıb.

Seçilən
17
1
cebheinfo.az

2Mənbələr