AZ

36 gündür fasiləsiz yağış yağır - Tarixə düşdü – VİDEO

Fransada yağıntıların davametmə müddəti ilə bağlı tarixi rekord qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

Bildirilib ki, Fransada artıq 36 gündür fasiləsiz yağış yağır ki, bu da ölkə üzrə tarixi rekord hesab olunur. Qeyd olunur ki, yanvarın 14-dən fevralın 18-dək Fransanın materik hissəsində aramsız yağıntılar müşahidə edilib.
 

Fransanın milli meteoroloji xidməti – Météo-Francenin məlumatına görə, əvvəlki rekord 2023-cü ildə qeydə alınmışdı. Həmin vaxt oktyabr-noyabr aylarında yağışlar 32 gün fasiləsiz davam etmişdi.


Məlumata əsasən, fevralın ilk 16 günü 1959-cu ildən bəri müşahidə tarixində ən yağışlı dövr kimi qeydə alınıb. Bu müddətdə ölkə ərazisinə 110 millimetr yağıntı düşüb.

Aramsız yağışlar fonunda daşqın təhlükəsi ilə əlaqədar ölkənin qərb və cənub-qərbində yerləşən Charente-Maritime, Maine-et-Loire, Gironde və Lot-et-Garonne departamentlərində ən yüksək – qırmızı səviyyəli hava təhlükəsi elan edilib.


Bizim.Media

Seçilən
37
bizim.media

1Mənbələr