AZ

Kilauea vulkanı yenidən AKTİVLƏŞDİ: Lava sütunları 400 metr hündürlüyə ÇATIR – VİDEO

Havayda Kilauea vulkanı yenidən püskürüb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-ləri məlumat yayıb.

Havay adalarında yerləşən dünyanın ən aktiv vulkanlarından biri — Kilauea vulkanında növbəti püskürmə qeydə alınıb.

Təbiət hadisəsi zamanı vulkan təxminən 400 metr hündürlüyə çatan iki nəhəng lava fəvvarəsi püskürüb.

Hazırda vulkanın fəaliyyəti mütəxəssislər tərəfindən yaxından izlənilir.

Püskürmənin ətraf ərazilər üçün hər hansı təhlükə yaradıb-yaratmadığı araşdırılır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
30
interpress.az

1Mənbələr