
“Nestlé” şirkətinin səhmləri uşaq qidalarının zərərli bakteriyalarla çirklənməsi ilə bağlı qalmaqala görə, səkkiz ilin ən aşağı səviyyəsinə düşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, 2022-ci illə müqayisədə şirkətin səhmlərinin 38% ucuzlaşıb.
“Nestlé”nin əsas rəqibləri “Danone” və “Unilever”in səhmləri isə müvafiq olaraq 32% və 28% artıb.
Agentlik qeyd edir ki, qalmaqal şirkətin satışlarının davamlı azalmasına və istehsal xərclərinin artmasına səbəb olub.
Xüsusilə, “Purina”, “Nespresso” və “KitKat” brendləri altında istehsal olunan məhsullar mənfi göstəricilərə məruz qalıb.