AZ

20 ilin “Toyota”sı Çin avtomobilindən daha səmərəli işlədi

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda Çin avtomobilləri ilə bağlı şikayətlər hər gün artır. Həm də markasından və modelindən asılı olmayaraq. Amma Rusiya ilə müqayisədə bizdə şikayət sayı azdır. Səbəb heç də Rusiyanın böyüklüyü və əhali sayı ilə ölçülmür.

Avtosfer.az xəbər verir ki, bizdə bazara Çin maşınlarının kütləvi axını Rusiyadan 2 il sonra başlayıb. Artıq ruslar bu sahədə bizdən daha çox təcrübə toplaya biliblər.   

Bizdə istismar şəraitinin şimal qonşumuzla müqayisədə daha yüngül olduğunu nəzərə alsaq, şikayətlərin az olması təbiidir. Rusların ən ciddi şikayətləri istilik sistemi ilə bağlıdır. Elektromobillərin qışda isidilməsi problemi hamıya tanış olduğundan məsələnin üzərində dayanmaq yersizdir. Bu gün Bakıda çox sayda adam maşında kürklə oturur.  

“Avtovzqlyad” portalı soyuq havalarda Çin avtomobillərinin özünü necə apardığını test edib. Müqayisə üçün 20 ilin “Toyota”sı da götürülüb. Məlum olub ki, Çinin benzin mühərrikli avtomobilləri də mənfi temperaturun öhdəsindən gələ bilmir. Söhbət Sibir soyuğundan deyil, sıfırdan aşağı temperaturdan gedir. Əksər sürücülər həm mühərrikin pis işə düşməsindən, həm də salonda yalnız sürücünün az da olsa isinə bilməsindən şikayət edirlər. Arxa oturacaqdakılara isə soyuq hava üfürülür.

Portal müqayisə üçün 5 markanı test etsə də, modellərin adı açıqlanmır. Lakin son nəticə belə olub ki, salonun qızması və arxa şüşənin qızması məsələlərində 20 yaşlı yapon avtomobili bütün situasiyalarda daha böyük çeviklik nümayiş etdirib: rahat işə düşüb, salon tez qızıb, arxa şüşənin qızdırıcısı normal işləyib. Çin modellərinin ikisində isə arxa şüşənin buzunu avtoyuma məntəqəsində təzyiqli su ilə təmizləmək mümkün olub. 

Bu cür testlərin nəticələri ictimailəşdikcə, Rusiyada Çin avtomobillərinə maraq azalır. Bunu statistika da göstərir: Çin avtomobillərinin idxalı azaldığı halda, məhdudiyyətlərə rəğmən Yaponiya avtomobillərinin (o cümlədən ikinci əl) idxalı sürətlənir.

Vüqar

Oxunub 118

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
36
avtosfer.az

1Mənbələr