Gənc Vətənpərvərlər “Ictimai Birliyi “Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “ Gənclər arasında Konstitusiya və suverenlik ili”nin ideya və mahiyyətinin təbliğində vətənpərvərlik “adlı layihə çərçivəsində Azərbaycan Turizm və Menecment Universitetində “"Konstitusiya və Suverenlik İli" ilə əlaqədar "Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusunda tədbir keçirilib.
QHT.az xəbər verir ki, Azərbaycan Turizm və Menecment Universitetində keçirilən tədbirdə Layihə rəhbəri Müqamət Əliyev, tələbələr ,
Gənc Vətənpərvərlər “Ictimai Birliyin” İdarə Heyəti və könülülər iştirak ediblər. Tədbir Azərbaycanın Dövlət himi ilə başladı və Ulu Öndərin və torpaqlarımızın müdafiəsi uğrunda həlak olmuş şəhidlərimizin ruhunu bir dəqiqəlik skutla yad edildi. Layihə rəhbəri Müqamət Əliyev tədbir iştirakçılarını salamladı və layihə cərcivəsində keçirilən tədbirlərdən və onun mahiyyətindən danışdı .
Sonra M.Əliyev keçirilən tədbirdə bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycanın ilk Konstitusiyasının müəllifi kimi tarixi rolu böyükdür. Ulu Öndərin rəhbərliyi ilə hazırlanan və 12 noyabr 1995-ci ildə Milli Məclis tərəfindən qəbul edilən yeni Konstitusiya Azərbaycanın hüquqi dövlət quruculuğu prosesində mühüm mərhələni təşkil edir.
Bu sənəd müstəqil Azərbaycan Respublikasının hüquqi əsaslarını qoyub və ölkənin demokratik inkişafına yönələn zəmin yaradıb. Konstitusiya həmçinin Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini təsbit edən əsas hüquqi ana sənəddir. Bu sənəd eyni zamanda hakimiyyətin qolları arasında qarşılıqlı əlaqələri müəyyən edərək ölkənin demokratik inkişafını təmin edib.
Tədbirdə çıxış edən Respublika Olimpiya Ehtiyat Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbin məşqiçisi Asif Həsənov vurğuladı ki, Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil edir:
"Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynayır. Konstitusiyanın preambulasında Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi bəyan edilmişdir.
Tədbirdə çıxış edən digər natiqlər bildirdilər ki, Azərbaycan özünü bölgənin ən güclü və qalib dövləti kimi təsdiqləyib. Tədbirin sonunda Respublika Olimpiya Ehtiyat Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbin məşqiçisi Asif Həsənov gənclərdə vətənpərvərlik tərbiyəsinin təbliği və təşkili,milli mənəvi dəyərlərin aşılanması istiqamətdə görülən işlərdə səy və xidmətlərinə görə Fəxri Diplomla təltiv olundu
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyə yardımı ilə həyata keçirilir.