EN

"Azərbaycan Turizm və Menecment Universitetində Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib - FOTOLAR

Gənc Vətənpərvərlər  “Ictimai Birliyi “Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə  “ Gənclər  arasında Konstitusiya və suverenlik ili”nin  ideya  və  mahiyyətinin  təbliğində   vətənpərvərlik “adlı layihə çərçivəsində  Azərbaycan Turizm və Menecment Universitetində “"Konstitusiya və Suverenlik İli" ilə əlaqədar "Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusunda tədbir  keçirilib.

QHT.az xəbər verir ki, Azərbaycan Turizm və Menecment Universitetində  keçirilən tədbirdə Layihə rəhbəri Müqamət Əliyev, tələbələr  ,

Gənc Vətənpərvərlər  “Ictimai Birliyin” İdarə Heyəti və könülülər iştirak ediblər.  Tədbir  Azərbaycanın  Dövlət himi ilə başladı və Ulu Öndərin və  torpaqlarımızın  müdafiəsi uğrunda  həlak olmuş şəhidlərimizin  ruhunu bir dəqiqəlik skutla  yad edildi. Layihə rəhbəri Müqamət Əliyev  tədbir iştirakçılarını salamladı və  layihə cərcivəsində keçirilən tədbirlərdən və onun mahiyyətindən danışdı .

Sonra  M.Əliyev  keçirilən tədbirdə bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycanın ilk Konstitusiyasının müəllifi kimi tarixi rolu böyükdür. Ulu Öndərin rəhbərliyi ilə hazırlanan və 12 noyabr 1995-ci ildə Milli Məclis tərəfindən qəbul edilən yeni Konstitusiya Azərbaycanın hüquqi dövlət quruculuğu prosesində mühüm mərhələni təşkil edir.

Bu sənəd müstəqil Azərbaycan Respublikasının hüquqi əsaslarını qoyub və ölkənin demokratik inkişafına yönələn zəmin yaradıb. Konstitusiya həmçinin Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini təsbit edən əsas hüquqi ana sənəddir. Bu sənəd eyni zamanda hakimiyyətin qolları arasında qarşılıqlı əlaqələri müəyyən edərək ölkənin demokratik inkişafını təmin edib.

Tədbirdə çıxış edən Respublika Olimpiya  Ehtiyat  Qüvvələri  İxtisaslaşdırılmış Uşaq-Gənclər  Velosiped Məktəbin məşqiçisi Asif Həsənov  vurğuladı ki, Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil edir:

"Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynayır. Konstitusiyanın preambulasında Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi bəyan edilmişdir.

Tədbirdə çıxış edən digər natiqlər bildirdilər ki, Azərbaycan özünü bölgənin ən güclü və qalib dövləti kimi təsdiqləyib. Tədbirin sonunda Respublika Olimpiya  Ehtiyat  Qüvvələri  İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbin məşqiçisi Asif  Həsənov  gənclərdə  vətənpərvərlik tərbiyəsinin  təbliği və təşkili,milli mənəvi dəyərlərin  aşılanması istiqamətdə  görülən işlərdə səy və xidmətlərinə  görə Fəxri  Diplomla təltiv olundu  

Qeyd edək ki, layihə  Azərbaycan Respublikasının Gənclər Fondunun maliyə yardımı  ilə həyata keçirilir.

Chosen
73
qht.az

1Sources