Cenevrədə keçirilən Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb.
Adalet.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Vladimir Medinski bildirib.
Onun sözlərinə görə, danışıqlar təxminən iki saat davam edib və çətin, lakin işgüzar olub.
Medinski əlavə edib ki, tezliklə Ukrayna ilə bağlı yeni görüş keçiriləcək.
***
12:24
Cenevrədə ABŞ, Rusiya və Ukrayna arasında danışıqlar bu gün davam etdirilir.
Adalet.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, Rusiya nümayəndə heyəti danışıqların keçirildiyi yerə gəlib.