AZ

Cenevrədə Ukrayna, Rusiya və ABŞ arasında danışıqlar başa çatıb - YENİLƏNİB

Cenevrədə keçirilən Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb.


APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Vladimir Medinski bildirib.

Onun sözlərinə görə, danışıqlar təxminən iki saat davam edib və çətin, lakin işgüzar olub.

Medinski əlavə edib ki, tezliklə Ukrayna ilə bağlı yeni görüş keçiriləcək.

***

12:09

Cenevrədə ABŞ, Rusiya və Ukrayna arasında danışıqlar bu gün davam etdirilir.

APA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Rusiya nümayəndə heyəti danışıqların keçirildiyi yerə gəlib.

Qeyd edək ki, ötən gün Cenevrədə ABŞ, Rusiya və Ukrayna arasında gedən danışıqlar dörd saatdan çox davam edib.

Xatırladaq ki, bu görüşə qədər Əbu-Dabidə üçtərəfli formatda danışıqların iki raundu keçirilib. Rusiya tərəfinin açıqlamasına görə, Əbu-Dabi görüşlərində əsasən təhlükəsizlik məsələləri müzakirə olunub.

Seçilən
15
9
apa.az

10Mənbələr