AZ

Cenevrə danışıqlarını qiymətləndirmək üçün hələ tezdir - Peskov

Cenevrədə Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında sülh razılaşması üzrə danışıqlar hələ davam edir. 

Missiya.Az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov görüş barədə danışıb. 

O bildirib ki, prosesi qiymətləndirmək üçün hələ tezdir və hər hansı məlumat yalnız Vladimir Medinski tərəfindən açıqlanacaq.

Peskov əlavə edib ki, Vladimir Putin görüşün gedişatı ilə müntəzəm olaraq məlumatlandırılır, lakin müzakirə olunan məsələlər barədə ətraflı məlumat verilməyəcək.

Üçtərəfli danışıqlar bu gün Cenevrədə altı saat davam edib. ABŞ Prezidentinin elçisi Stiv Uitkoff ilk gündən sonra münaqişənin həlli istiqamətində əhəmiyyətli irəliləyiş olduğunu qeyd edib.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
30
missiya.az

1Mənbələr