AZ

“Barselona”nın radarındakı 3 müdafiəçi

“Barselona” heyətinə yeni sol cinah müdafiəçisi cəlb etmək niyyətindədir.

Msport.az xəbər verir ki, Kataloniya təmsilçisinin baş məşqçisi Hans-Diter Flik bu mövqeyə yeni futbolçu alınmasını istəyib.

Son ölkə çempionu hazırda üç oyunçunun namizədliyini nəzərdən keçirir. Bunlar “Bayer”də çıxış edən Alexandro Qrimaldo, Dortmund “Borussiya”sından Daniel Svensson və “Napoli”dən Miqel Qutyerresdir.

“Barselona” cari mövsüm başa çatandan sonra bu müdafiəçilərdən birini heyətinə qatmağa çalışacaq.

Seçilən
19
msport.az

1Mənbələr