NATO-nun sözçüsü Allison Hart çərşənbə axşamı bildirib ki, Türkiyə sadiq müttəfiqdir və ortaq təhlükəsizliyə dəyərli töhfə verən ölkədir.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, Türkiyənin NATO-ya qoşulmasının ildönümü münasibətilə yazılı açıqlama verən Hart, həmçinin Ankaranın alyansa verdiyi töhfələri vurğulayıb. O bildirib: “İyul ayında Ankarada keçiriləcək növbəti NATO sammitini səbirsizliklə gözləyərkən, bu gün Türkiyənin NATO-ya qoşulmasından bəri 74 ildir etdiyi kimi, Alyansa verdiyi bir çox töhfəni xatırlayırıq”.
Alyansın sözçüsü Türkiyənin NATO-nun ikinci ən böyük ordusuna sahib olduğunu qeyd edərək, ölkənin müdafiəyə davamlı investisiya, güclü müdafiə sənayesi və "NATO missiyalarına, fəaliyyətlərinə və təlimlərinə davamlı töhfələrini diqqətə çatdırıb.
Türkiyə 1952-ci il fevralın 18-də NATO-ya qoşulub. Alyans 1949-cu ildə təsis edilib.
Son 74 il ərzində Türkiyə strateji mövqeyindən istifadə edərək, xüsusilə terrorizmə qarşı mübarizədə təhdid və risklərlə birbaşa qarşılaşan regionda ilk müttəfiq kimi NATO-ya mühüm töhfələr verməyə davam edib.