AZ

Rusiya və İran birgə hərbi təlim keçirəcək

İran və Rusiya donanmalarının sabah Oman körfəzində və Hind okeanında birgə təlimlər keçirməsi planlaşdırılır.

"Yeni Sabah" Mehr-ə istinadla xəbər verir ki, bunu İran Hərbi Dəniz Qüvvələrinin Birinci Dəniz Bölgəsinin komandanı kapitan Həsən Məqsudlu bildirib.

Təlimlər dəniz təhlükəsizliyini, xüsusən də dəniz terrorizmini təhdid edən hərəkətlərin qarşısını almaq və ticarət gəmilərini və tankerləri qorumaq üçün koordinasiyanı gücləndirməyi hədəfləyir.

H. Məqsudlu qeyd edib ki, İran regional dövlətlərlə dəniz təhlükəsizliyinin təmin edilməsində rollarını artırmaq üçün manevrlər planlaşdırır.

Rusiya Baltik Donanmasının mətbuat xidməti Rusiya Baltik Donanmasının "Stoyki" korvetinin İran Hərbi Dəniz Qüvvələrinin gəmiləri ilə birlikdə Oman körfəzində "Passex" dəniz təlimi keçirdiyini bildirib. Təlimdə İran Hərbi Dəniz Qüvvələrinin "Əlvənd" freqatı, "Şəhid Səid Şirazi" korveti və "Neyze" raket gəmisi iştirak edib.


Telegram kanalımız
Seçilən
50
yenisabah.az

1Mənbələr