AZ

Postsovet ölkəsindən Rusiyanı hiddətləndirəcək addım

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Estoniya öz ərazisində nüvə silahlarının yerləşdirilməsini istisna etmir”.

Globalinfo.az xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna deyib.

“Biz ərazimizdə nüvə silahlarının yerləşdirilməsinə qarşı deyilik. NATO müdafiə planlarımıza uyğun olaraq, bunu zəruri hesab edərsə mümkündür”, – deyə o bildirib.

Bundan əvvəl fevralın 15-də Polşa prezidenti Karol Navroçki müsahibəsində qeyd edib ki, ölkə silahlı münaqişənin astanasında olduğu üçün öz nüvə potensialına sahib olmalıdır.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
63
globalinfo.az

1Mənbələr