AZ

“20 ildir “polis”lik edirik, amma nüfuzumuz onlarınkı qədər deyil” Video

ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İllərdir Türkiyədə yayımlanan “Arka sokaklar” serialında Rza baba obrazına həyat verən Zafer Ergin son zamanlar reytinqlərdə ilk yerləri tutan mafiya layihələrini üstüörtülü şəkildə tənqid edib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor reytinqlərin bu cür olmasını tamaşaçıların istəyi ilə əlaqələndirib.

“Bəzi telekanallar xüsusilə mafiya seriallarına üstünlük verir. Yəqin ki, xalqın da istədiyi budur. 20 ildir problemləri həll etmək məqsədilə “polis”lik edirik, amma nüfuzumuz onlarınkı (mafiya seriallarının aktyorları - red.) qədər deyil”, - Z.Ergin söyləyib.

Qeyd edək ki, “Rza baba”nın bu açıqlaması ilə “Eşref Rüya” (“Kanal D”) və “Yeraltı” (NOW TV) seriallarına eyham vurduğu bildirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
73
1
qafqazinfo.az

2Mənbələr