AZ

Bolqarıstanda yol qəzaları üzrə ölüm səviyyəsi Aİ-ni geridə qoyur

Bakı, 18 fevral, AZƏRTAC

Bolqarıstanda yol-nəqliyyat hadisələri nəticəsində ölüm göstəricisi Avropa İtifaqının (Aİ) ortalamasından xeyli yüksəkdir.

AZƏRTAC Bolqarıstanın BTA informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyası hesabat təqdim edib. 2024-cü ildə Bolqarıstanda hər milyon nəfərə 74 ölüm halı düşüb, Aİ üzrə orta göstərici isə 45 olub. Bununla belə, ölkə 2030-cu ilədək yol qəzalarında ölümlərinin 50 faiz azaldılması hədəfinə çatmaq istiqamətində səy göstərir.

Aİ-də ümumilikdə 2024-cü ildə 19 min 900 nəfər yol qəzasında həyatını itirib ki, bu da əvvəlki illə müqayisədə 2 faiz azdır. Komissiya yol təhlükəsizliyi sahəsində əlavə tədbirlərin vacib olduğunu vurğulayır.

Seçilən
62
1
azertag.az

2Mənbələr