AZ

İran ABŞ gəmisini simvolik olaraq tabuta qoydu



Dünən İranın ali rəhbəri Əli Xameneyinin çıxışından sonra onun rəsmi "Khamenei.ir" internet saytında ABŞ-ın USS Gerald R.Ford təyyarədaşıyan gəmisinə işarə edən və süni intellektlə hazırlanmış təsvir paylaşılıb. Görüntüdə gəmi məzara endirilən tabut kimi təsvir olunub. Saytda qeyd edilib ki, vizual material "ABŞ prezidentinin təhdidlərinə" cavab xarakteri daşıyır. Təsvirin kənarında Xameneyinin dünənki çıxışında ABŞ təyyarədaşıyan gəmilərinin İran sərhədlərinə yaxın yerləşdirilməsinə toxunaraq dediyi sözlərə istinad edilərək yazılıb:"Təyyarədaşıyan gəmi, şübhəsiz ki, təhlükəli bir texnikadır. Ancaq daha təhlükəlisi həmin gəmini dənizin dibinə göndərə bilən silahdır". Məlumat Azad İran Teleqram kanalında yayılıb. İradə SARIYEVA
Seçilən
93
baki-xeber.com

1Mənbələr