AZ

Təhdid altında həll yolu arayışı - Cenevrə danışıqlarının pərdəarxası

Xəbər verdiyimiz kimi, dünən Cenevredə ABŞ və İran arasında nüvə danışıqlarının ikinci mərhələsi keçirilib. Görüş qarşılıqlı təhdidlər və gərginlik fonunda baş tutub.

Publika.az xəbər verir ki, CNN-in məlumatına görə, ABŞ ordusu son həftələrdə İordaniya, Bəhreyn və Səudiyyə Ərəbistanındakı bazalara avadanlıq çatdırmaq üçün 250-dən çox yük uçuşu həyata keçirib.

ABŞ-ın "USS Abraham Lincoln" təyyarədaşıyan gəmisinin Oman sahillərində, İrandan təxminən 700 km məsafədə olduğu təsdiqlənib. ABŞ-ın dünyanın ən böyük hərbi gəmisi olan "USS Gerald R Ford"-u Yaxın Şərqə göndərdiyi də məlumdur. Gəminin üç həftə ərzində bölgəyə çata biləcəyi təxmin edilir.

İran da davam edən hərbi təlimlərin bir hissəsi olaraq təhlükəsizlik səbəbləri ilə Hörmüz boğazının bir hissəsini bir neçə saatlıq bağlayıb. İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Əlirza Təngsiri dünən bildirib ki, onun qüvvələri davam edən təlimlər zamanı rəhbərliyin verdiyi istənilən qərarı yerinə yetirməyə hazırdır.

İran xarici işlər naziri Abbas Əraqçi dünənki danışıqların müsbət atmosferdə keçdiyini bildirib. “Regiondakı dost ölkələrin səyləri sayəsində ABŞ ilə yeni bir razılaşma əldə etmək imkanı var. Tərəflərin hələ də bəzi mövqeləri var və onları bir-birinə yaxınlaşdırmaq üçün vaxt lazım olacaq. Lakin bölgəyə çox sayda hərbi element yerləşdirilib və bu, sona çatmalıdır. Hər hansı bir hücuma cavabımız sərhədlərimizdən kənara çıxacaq”, - deyə o vurğulayıb.

Seçilən
32
1
publika.az

2Mənbələr