AZ

bp Bakı Dövlət Universiteti üçün yeni rəqəmsal kitabxana yaradıb

Bakı. Trend:

bp bu gün Bakı Dövlət Universitetində (BDU) rəqəmsal şəkildəidarə olunan müasir kitabxananın yaradılmasını nəzərdə tutan sosialinvestisiya layihəsinin uğurla başa çatdığını elan edib.

Trend xəbərverir ki, bu təşəbbüs bp-nin Azərbaycanda təhsilin inkişafına vəpotensialın artırılmasına dəstək öhdəliyinin bir hissəsidir.

Yeni rəqəmsal kitabxana tələbələr və müəllim heyəti üçün genişbilik bazasına məsafədən və birbaşa çıxış imkanı yaratmaqla BDU-datəhsil prosesini əhəmiyyətli dərəcədə gücləndirməyə kömək edəcək.O, həmçinin məlumatlara çıxışı və məlumatların toplanmasınıasanlaşdıracaq, eyni zamanda istifadəçilərə məzmunu paylaşmaq,mürəkkəb axtarışlar yerinə yetirmək və tədqiqat məlumatlarınısaxlamaq imkanı verəcək.

BDU-nun mövcud kitabxanasında təxminən 2,5 milyon nadir kitab,əlyazma və tarixi sənədlər saxlanılır. Yeni sistem müasir rəqəmsalarxivləşdirmə və inventar idarəetməsi təcrübələrini tətbiq etməkləbu dəyərli kitabxana fondunun qorunması və saxlanmasınıntəkmilləşdirilməsinə kömək edəcək.

Layihəyə üç əsas komponent daxil idi:

  • Bütün kitabxana fondunun elektron məlumat bazası vasitəsilə tamşəkildə idarə olunmasını təmin edən xüsusi proqram təminatınınhazırlanması.
  • Kitablara izləmə çiplərinin tətbiqi, eləcə də əlterminallarının və çiplə təchiz edilmiş materialların proqramplatformasına tam inteqrasiyası daxil olmaqla, effektiv inventaridarəetmə sisteminin yaradılması.
  • Yeni rəqəmsal kitabxana sisteminin səmərəli fəaliyyəti üçünzəruri fiziki infrastrukturun quraşdırılması.

Bu gün universitetdə kitabxananın açılışında çıxış edən bp-ninAzərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti CioKristofoli dedi: “Bakı Dövlət Universitetinin müasir, rəqəmsalimkanlarla təchiz olunmuş kitabxana sisteminə keçidinidəstəkləməkdən qürur duyuruq. Biliklərə çıxış uğurlu təhsilprosesinin əsasını təşkil edir və bu layihə tələbələr, müəllimlərvə tədqiqatçılar üçün öyrənmə, innovasiya və əməkdaşlıq baxımındanyeni geniş platforma təmin edir. Hesab edirik ki, bu təşəbbüs bugünün tələbələrinə fayda verməklə yanaşı, eyni zamandauniversitetin əvəzolunmaz bilik fondunun gələcək nəsillər üçünqorunub saxlanılmasına da töhfə verir. Bu, həmçinin bp-ninAzərbaycanda ali təhsilin və elmi tədqiqatların keyfiyyətininartırılmasına verdiyi dəstəyi əks etdirir.”

Layihənin ümumi dəyəri 805 290 AZN (təxminən 473 700 ABŞdolları) təşkil edir və bu məbləğ proqram təminatınınhazırlanmasını, inventar idarəetmə sisteminin yaradılmasını, eləcədə bütün lazımi avadanlıq və infrastrukturun quraşdırılmasını əhatəedir.

Tədbir zamanı bp və Bakı Dövlət Universiteti həmçinin potensialbirgə layihələr üçün çərçivə müəyyən edən əməkdaşlıq sazişiimzaladılar. Sazişin imzalanmasında əsas məqsəd universitetekosisteminin daha da gücləndirilməsi və biliklərin artırılmasınadəstək verməklə uzunmüddətli akademik inkişaf və innovasiyalar üçünşəraitin yaradılmasıdır.

Məqalədə:
Seçilən
76
5
az.trend.az

9Mənbələr