Trend xəbər verir ki, bunu Türkmənistan Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutu yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Şiri Şiriyev bu gün Bakıda keçirilən C6: Vahid region, ortaq gələcək -Strateji dialoqun gücləndirilməsi" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
"Bu platforma təkcə dialoq üçün məkan deyil, eyni zamanda, qlobal qeyri-sabitlik şəraitində ortaq həll yollarının tapılmasına, qarşılıqlı faydaya əsaslanan davamlı iqtisadi əlaqələrin qurulmasına və humanitar əməkdaşlıq, təcrübə mübadiləsi vasitəsilə etimadın möhkəmləndirilməsinə xidmət edən canlı mexanizmdir", -deyə o bildirib.
Ş.Şiriyev bildirib ki, bu prosesdə ekspert icmasının rolu xüsusilə önəm daşıyır:
"Analitiklər, tədqiqatçılar və beyin mərkəzlərinin nümayəndələri məhz düşünülmüş və balanslı qərarların qəbulu üçün zəruri olan intellektual bazanı formalaşdırırlar".