AZ

Azərbaycanın C6 formatına qoşulması regional qarşılıqlı fəaliyyət tarixində yeni mərhələ açır - Şiri Şiriyev

Azərbaycanın Mərkəzi Asiya ölkələri liderlərinin görüşlərinin Məşvərət Platformasına qoşulması regional qarşılıqlı fəaliyyət tarixində yeni mərhələ açır və hazırki görüş bu istiqamətdə mühüm addımdır.

Trend xəbər verir ki, bunu Türkmənistan Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutu yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Şiri Şiriyev bu gün Bakıda keçirilən C6: Vahid region, ortaq gələcək -Strateji dialoqun gücləndirilməsi" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

"Bu platforma təkcə dialoq üçün məkan deyil, eyni zamanda, qlobal qeyri-sabitlik şəraitində ortaq həll yollarının tapılmasına, qarşılıqlı faydaya əsaslanan davamlı iqtisadi əlaqələrin qurulmasına və humanitar əməkdaşlıq, təcrübə mübadiləsi vasitəsilə etimadın möhkəmləndirilməsinə xidmət edən canlı mexanizmdir", -deyə o bildirib.

Ş.Şiriyev bildirib ki, bu prosesdə ekspert icmasının rolu xüsusilə önəm daşıyır:

"Analitiklər, tədqiqatçılar və beyin mərkəzlərinin nümayəndələri məhz düşünülmüş və balanslı qərarların qəbulu üçün zəruri olan intellektual bazanı formalaşdırırlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
27
2
olaylar.az

3Mənbələr