Mia.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Dövlət Su Ehtiyatları Agentliyində “Su Ehtiyatları Agentliyində "İşçilərinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi” yaradılıb.
Mia.az xəbər verir ki, iki gün əvvəl qurumda ilk həmkar təşkilatlarının müraciəti əsasında Agentlik üzrə vahid həmkarlar ittifaqı komitəsinin yaradılması məsələsi müzakirəyə çıxarılıb və səsvermə keçirilib.
Yeni Komitənin 9 nəfərdən ibarət Rəyasət Heyəti, 3 nəfərdən ibarət Təftiş Komissiyası, sədr və sədr müavini seçilib: "Səsvermənin yekunlarına uyğun olaraq, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Ümumi şöbəsinin istehlak xidməti və protokol sektorunun müdiri Hafiz Məmmədov Komitənin sədri, Maliyyə və təminat şöbəsinin təsərrüfat sektorunun müdiri Seymur Məmmədov isə sədr müavini seçilib. Eyni zamanda, Agentliyin Aparatından və tabeli qurumlardan nümayəndələr Komitənin üzvləri kimi təsdiq ediliblər".
P.S. Yeri gəlmişkən, Həmkarlar Konfedrasiyasında maraqlı dəyişiklik olub. Quruma daxil olan birliklərdən birinin direktoru "maraqlı səbəb"lə vəzifədən uzaqlaşdırılıb. Bu barədə quruma sual ünvanlamışıq. Cavab gözləyirik.
Samir
MİA.AZ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.