AZ

Rəqəmsal inkişaf cəmiyyətimizin ayrılmaz tərkib hissəsinə çevrilib



Fevralın 11-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirənin keçirilməsi dövlətin bu sahənin inkişafına göstərdiyi iradənin ifadəsidir. Müşavirədə dövlət başçısının dediyi kimi, bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Ona görə də, Azərbaycanın gələcəyi üçün bu istiqamət prioritetdir.
 
Qlobal çağırışlara cavab olaraq Azərbaycanda süni intellekt və rəqəmsal texnologiyaların tətbiq edilməsi, bu sahədə strateji baxış ortaya qoyması birbaşa Prezident İlham Əliyevin ölkəmizin gələcəyinə hesablanmış inkişaf kursunun tərkib hissəsidir. Xatırlatmaq lazımdır ki, dövlət başçısı ötən ilin mart ayında  “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”nı təsdiqləyib.

Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə göstərir ki, ölkə rəqəmsal transformasiyanı artıq ayrı-ayrı layihələr kimi yox, vahid dövlət strategiyası kimi həyata keçirmək mərhələsinə qədəm qoyur. Müşavirədə bir neçə çox vacib mesaj açıq şəkildə ortaya qoyuldu - rəqəmsallaşma pərakəndə deyil, vahid mərkəzdən idarə olunmalıdır.Süni intellektin tətbiqi və böyük data mərkəzlərinin qurulması Azərbaycanın yeni iqtisadi imkanlarından birinə çevrilir. 

Məqsəd daha çevik dövlət idarəçiliyi, daha yüksək xidmət keyfiyyəti, daha rəqabətli iqtisadiyyat və daha güclü beynəlxalq mövqeyə nail olmaqla ölkəmizin dünyada rəqabət qabiliyyətini yüksəltməkdir.

İndiki mərhələdə Azərbaycanın qarşısında rəqəmsal transformasiya, süni intellektin tətbiqi, kibertəhlükəsizlik və məlumatların qorunması kimi son dərəcə vacib məsələlər dayanır. Bu istiqamətlər təkcə texnoloji inkişaf məsələsi deyil, eyni zamanda milli təhlükəsizlik və dövlətin uzunmüddətli dayanıqlı inkişafı ilə birbaşa bağlıdır. Məhz buna görə də bu sahəyə yüksək səviyyədə diqqətin ayrılması, strateji planlaşdırmanın aparılması və peşəkar kadrların prosesə cəlb olunması cəmiyyətdə nikbinlik və gələcəyə böyük inam yaradır.

Ağaverdi Əliverdiyev
YAP Qusar rayon təşkilatının əməkdaşı



Seçilən
77
2
aia.az

3Mənbələr